Türkiyədə növbəti həbslər həyata keçirilib | VİDEO

Türkiyədə növbəti həbslər həyata keçirilib    | VİDEO
  04 Sentyabr 2025    Oxunub:958
Türkiyənin 21 vilayətində FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən 41 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya özünün “X” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

“Saxlanılanların 25-i həbs edilib, 7-si barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Həbslər son on gün ərzində baş tutan əməliyyat tədbirləri çərçivəsində həyata keçirilib”, - Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, saxlanılanlar arasında FETÖ istintaqı çərçivəsində ifadələrdə və tanınmalarda adları hallanan şəxslər, habelə axtarışda olan və ya artıq müvafiq işlər üzrə cəza çəkən adamlar da var.

Əməliyyat tədbirləri Adana, Afyonkarahisar, Aksaray, Ankara, Aydın, Bursa, Çankırı, Dənizli, Ərzincan, Əskişəhər, İstanbul, İzmir, Kayseri, Konya, Nevşehir, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Uşak və Yalovanı əhatə edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   həbslər  



Xəbər lenti